Oruc tutan əsgər bu hala düşdü - Foto
Bizi izləyin

Dünya

Oruc tutan əsgər bu hala düşdü - Foto

Türkiyədə Hərbi Hava Liseyində reallaşdırılan mərasimdə təsirli anlar yaşanıb.

Axar.az xəbər verir ki, Hərbi Hava Liseyinin məzun törənində gün altında dayanan oruc tutan əsgərlərdən birinin ürəyi gedib.

140 şagirdin diplom aldığı tədbirdə istidən halı pisləşən oruclu əsgərə yanındakı dostları və komandiri köməklik edib.

İstidən və susuzluqdan ürəyi gedən əsgər mərasimi tərk etmək istəməyib. Mərasim davam etdiyi zaman əsgərin yenidən halı pisləşib və ürəyi gedib.

Bu səbəblə kənarda müayinə edilən əsgərin iki dəfə halının pisləşməsinə baxmayaraq, tədbiri tərk etmək istəməməsi izləyənlərin onu ayaq üstə alqışlamasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm