Saakaşvili Moskvaya qalib gəldi
Bizi izləyin

Dünya

Saakaşvili Moskvaya qalib gəldi

Avropa Məhkəməsi Rusiya Federasiyası tərəfindən Gürcüstan vətəndaşlarının hüquqlarının pozulduğunu təsdiqləyən qərar verib.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, Rusiya Gürcüstana kompensasiya ödəməlidir.

Yeddi il əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfindən irəli sürülən iddiada rəsmi Moskva gürcü vətəndaşlarını 2006-cı ildə Rusiya ərazisindən deportasiya etməkdə ittiham olunurdu. “Kütləvi deportasiya zamanı alçaldılan bütün gürcüləri təbrik edirəm. Biz udduq!”, - Gürcüstanın ədliyyə naziri Teya Sulukiani bildirib.

Ədliyyə nazirinin sözlərinə görə, məhkəmə həmçinin Rusiyada həbs edilmiş gürcülərin vətənə deportasiyadan olunmamışdan əvvəl qeyri-insani şəraitdə saxlanıldığını müəyyənləşdirib.

Avropa Məhkəməsində iddia ilə bağlı dinləmələr 2011-ci ilin əvvəlində başlamışdı. İş üzrə son iclas 13 iyun 2012-ci ildə olub. Hökm həmin vaxt verilsə də, o ictimaiyyət üçün məxfi saxlanılırdı.

Məhkəmənin qərarına görə, Moskva zərər çəkənlərə, eyni zamanda, yük təyyarələri ilə deportasiya zamanı ölənlərin ailələrinə kompensasiya ödəməli olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm