Moldova rus kanallarını bağladı
Bizi izləyin

Dünya

Moldova rus kanallarını bağladı

Moldovada “Rusiya-24” telekanalının yayımı qadağan olunur.

Axar.az xəbər verir ki, Moldovanın Yayım Şurası “Rossiya-24” telekanalının yayımının dayandırılmasına qərar verib.

Yayımın dayandırılmasına əsas səbəb kimi bu kanalın Moldova kodeksinə uyğun olmaması göstərilib.

Qərara əsəsən, kanalın Moldova ərazisində yayımı 2015-ci il yanvarın 1-də dayandırılacaq. NTV, RTR, ORT və REN TV kanalları isə cərimələniblər.

Moldova Yayım Şurasının rəhbəri Marian Pokaznoy RİA Novosti agentliyinə bildirib ki, əgər tezliklə REN TV və RTR kanalları yayım siyasətində dəyişiklik etməzsə, onların lisenziyası ləğv olunacaq: “Əvvəllər rus telekanallarına xəbər bloklarının yayımı ilə bağlı xəbərdarlıq edilmişdi. İndi biz həmin kanalın yayımını 2015-ci il yanvarın 1-də dayandıracağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm