İŞİD-lə türklər üz-üzə (FOTO)
Bizi izləyin

Dünya

İŞİD-lə türklər üz-üzə (FOTO)

Suriyada PKK-ya yaxınlığı ilə seçilən kürd qruplaşması PYD-nin əlində olan Zormağara kəndi üç günlük müharibədən sonra “İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlılarının əlinə keçib.

ANS PRESS-in məlumatına görə, beləliklə, İŞİD gücləri Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunun sərhədinə qədər gəliblər. Kəndi ələ keçirən İŞİD gücləri ən yüksək nöqtəyə öz bayraqlarını asıblar.

Kənddən zaman-zaman atəş və partlayış səsləri gəlir. Bir qrup suriyalı isə Türkiyəyə keçmək üçün sərhəd nöqtəsinə yaxınlaşıb. 200-ə yaxın suriyalı türk əsgərlərə yaxınlaşaraq Türkiyəyə keçmək istədiklərini bildiriblər. Əsgərlər bu barədə yuxarı raport verərək, suriyalıları təhlükəsiz yerə keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm