ABŞ-ın yeni İraq planı: 4 ssenari
Bizi izləyin

Dünya

ABŞ-ın yeni İraq planı: 4 ssenari

Pentaqon və MKİ-nin Ağ Evə təqdim etdiyi 17 səhifəlik hesabatda İraq üçün dörd cür gələcək nəzərdə tutulub.

Publika.az “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) İraqın Mosul, Fəllucə, Tikrit, Ənbar bölgələrini işğal edərək xilafət dövləti elan edib. Bundan sonra dağılmağa sürüklənən İraqda kürdlərlə razılığa gələ bilməyən ABŞ hökuməti gələcəklə əlaqədar ssenarilər hazırlayıb. MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) və Pentaqon dörd cür ssenari üzərində işləyən ABŞ-ın Müdafiə Nazirliyi ilə birgə 17 səhifəlik hesabat hazırlayaraq Ağ Evə təqdim edib.

İlk plan: Üçə bölünmə

Pentaqon və MKİ-nin gələcək üçün nəzərdə tutduğu ssenarilər belədir:

  1. Ölkə sünni, şiə və kürdlər arasında üç ayrı siyasi federasiyaya bölünür.
  2. Əgər İŞİD Bağdadı da işğal etsə, islam dövləti elan edər.
  3. Uzun müddətli vətəndaş qırğını baş verər.
  4. İraq şiələrin hegemonluğunda yenidən 2013-cü ildən əvvəlki illərə qayıdar.

Razılığa gələ bilmirlər

Ölkədəki siyasi gedişata əsasən mövqe tutan Ağ Ev dövlət katibi Con Kerri vasitəsi ilə Nuri Əl-Malikinin vəzifəsindən istefa verməyini istəmişdi. Amma Maliki bu mövzuda əsla geri addım atmayacağını qeyd etmişdi. İllərdir kürdlər müstəqillik səylərinə nəzərə alan Kerri, Cəlal Təlabanidən sonra İraq prezidentliyini İraq Kürd Regional Rəhbərliyinin (İKRR) lider Məsud Bərzaniyə təklif edib. Lakin kürdlərlə də razılığa gələ bilmədiyindən o, Vaşinqtona qayıdıb və İraq ssenarilərini ABŞ prezidenti Barak Obamaya təqdim edib.

Qaçılmaz sona doğru

İraq mənbələri 2003-cü ildə azadlıq gətirəcəyi bəhanəsi ilə İraqı işğal edən ABŞ-ın ortaya qoyduğu ssenarilərin tutarlı olmadığını bildirib. Məhz bunun üçün İraqın parçalanmasının qarşısının alınmasının mümkünsüz olduğu qeyd edilir. Mənbələrin bildirdiyinə görə, ABŞ-ın bu ssenariləri bir-bir sınayacaq, amma parçalanmanın qarşısını ala bilməyəcəyək.

Oğlunu Ali Baş Qərargah rəisi təyin etdi

İŞİD yaraqlılarının ölkənin şimalındakı bir çox bölgələri ələ keçirdiyindən İraqın Baş naziri Nuri Əl-Maliki bir çox komandirləri vəzifədən uzaqlaşdırıb və bəzisini hərbi-məhkəməyə göndərib. Əvəzində isə oğlu Əhmədi Ali Baş Qərargah rəisi təyin edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm