Dünya
Eduard Şevardnadze həyətində dəfn olunacaq - VİDEO
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze
qəbirstanlıqda dəfn edilməyəcək.
Həftənin bazar günü dəfn olunacaq sabiq prezident uzun illər
yaşadığı evinin həyətində torpağa tapşırılacaq. Onun məzarının
ölkənin fəxri xiyabanında yer almamasına səbəb isə özünün hələ
2007-ci ildə etdiyi vəsiyyətidir. Gürcüstanın məşhur insanlarının
dəfn olunduğu Panteonda torpağa tapşırılmasını istəməyən
Şevardnadze məzarının həyətində həyat yoldaşının yanında olmasını
vəsiyyət edib. Dəfn mərasiminin maliyyə xərcləri və ümumiyyətlə
təşkilatçılığını isə dövlət öz üzərinə götürüb.
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin sözlərinə görə, bu
məsələdə prezident administrasiyası və şəxsən prezidentin özü
yaxından iştirak edəcək. Biz onun ailəsinə dəstək olacağıq.
Gürcüstana rəhbərlik etdiyi illərdə Eduard Şevardnadzenin 3 dəfə
məruz qaldığı sui-qəsd hadisələrində ölüm ondan yan keçsə də, uzun
müddətdir əziyyətini çəkdiyi xəstəliyi onun həyatına son qoydu.
Ölkədə daha çox yaşlı nəsil tərəfindən sevilən Şevardnadzenin ölümü
kütlə arasında hüznlə qarşılanıb.
Eks prezidenti son dəfə görmək istəyənlər həftənin cümə axşamı və
cümə günlərində onun mülkünə, şənbə günü isə ölkədə xristianların
ən böyük ibadət yeri olan Sameba kilsəsinə üz tutacaqlar.
Vida və dəfn mərasimlərilə bağlı artıq Gürcüstanda fəaliyyət
göstərən xarici ölkələrin nümayəndəliklərinə məktub göndərilib.
Dəfn günündə isə ölkənin bütün dövlət qurumlarında və xarici
ölkələrdə fəaliyyət göstərən səfirliklərində bayraqlar endiriləcək.
(ANS)
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?