Ukraynaya hər gün Rusiya tankları daxil olur – SOS
Bizi izləyin

Dünya

Ukraynaya hər gün Rusiya tankları daxil olur – SOS

Rusiyanın Rostov vilayətindən hər gün Ukraynaya Rusiya Federasiyasının hərbi texnikası daxil olur.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Luqansk vilayətinin Suxodolsk şəhərinin sakinlərinə istinadən hərbi jurnalist Roman Boçkala “facebook” səhifəsində yazıb.

“Şəhərdə separatçıları çox az adam dəstəkləyir. Amma insanlar, sadəcə, danışmağa qorxurlar. Hərçənd hamı bilir ki, şəhərimiz vasitəsilə Ukraynaya hər gün – gecə saat birdən üçə qədər tanklar və zirehli texnika daxil olur”, - yerli sakinlərdən biri deyib.

Daha sonra isə həmin texnikanın Krasnodon-Luqansk yolu ilə Luqanska çatdırıldığı bildirilir.

“Belə davam edərsə, biz heç vaxt separatçılardan qurtulmayacağıq və müharibə uzun müddət davam edəcək”, - R.Boçkala yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm