“Ruslar separatçılara qarşı vuruşur, ehtiyatlı olun”
Bizi izləyin

Dünya

“Ruslar separatçılara qarşı vuruşur, ehtiyatlı olun”

Ukraynalı siyası texnoloq Sergey Qayday son günlər rusiyalı könüllülərin sərhədi keçərək, "Azov" batalyonu sıralarında terrorçulara qarşı savaşmaları ilə bağlı sensasion açıqlama verib.

Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, o, bu addımları məmnuniyyətlə qarşılamağın əleyhinə çıxıb. Onun sözlərinə görə, son günlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna ordusu daxilində ciddi təxribatlara hazırlaşır. Bu səbəbdən də ələlxüsüs könüllülərdən ibarət "Azov" batalyonunun komandanlığı sıralarına qatılan hər yeni şəxsin seçimində diqqətli olmalıdır: “Həmin şəxslər təxribatçı da ola bilər”.

Qayday Roman Jeleznov adlı rusiyalı fəalın "Azov"un sıralarına qəbul olunmasını səhv addım sayıb. Onun sözlərinə görə, əgər elementar şəkildə internetdə axtarış aparılsa, Jeleznovun rus kəşfiyyatı və millətçi düşərgələrdə xüsusi təlim keçməsi barədə kifayət sayda fakta rast gəlmək olar. Ona görə də Qayday belə səhvə yol verməyin böyük itkilərə yol aça biləcəyini dilə gətirib və əlavə edib ki, FTX gördüyü işləri ustalıqla həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm