Dünya
İŞİD-in payladığı “tövbə kartı”
İraqdakı terror təşkilatı İŞİD vəhşiliklərindən xilas olmaq istəyən əleyhdarları üçün “tövbə kartı” hazırlayıb.
Axar.az xəbər verir ki, İŞİD hazırladığı tövbənin mətnini sosial şəbəkələrdəki şəxsi hesabları vasitəsilə yayır.
İraq və Suriyanın müəyyən bölgələrini idarə edən İŞİD qüvvələrinin əvvəllər onlara qarşı döyüşmüş və fərqli təşkilatların üzvləri olan şəxslər üçün hazırladıqları tövbənin mətni belədir:
"Mən (ad və soyad) olaraq, (təşkilatın adı) təşkilatına bağlı
qrup (Nusra cəbhəsi, İslami cəbhə və OSO və sair ola bilər) içində
İslam Dövlətinə qarşı döyüşmənin Allah və Onun elçisinə qarşı
döyüşmək demək olduğunu təsdiqləyir və bir daha ona qarşı
çıxmayacağıma və savaşmayacağıma söz verirəm.
İslam Dövlətinin məlumatı olmadan heç bir qrupa qatılmamaq və ya
qrup qurmayacağıma, əvvəl bağlı olduğum qrupun və şəxsi silahlarımı
təslim edəcəyimə, digər qrupların idarəsindəki bölgələrə
getməyəcəyimə söz verirəm. Bu şərtləri pozacağım təqdirdə məni
hansı cəzanın gözlədiyini bilir və bunu qəbul edirəm".
Tövbə etmək istəyənlər özləri ilə iki fotoşəkil aparmalıdır. Onlar İŞİD-in qurduğu məhkəmə qarısında tövbə mətnini oxuyub imzaladıqdan sonra məhkəməyə təslim edirlər.
Qeyd edək ki, İŞİD İraqda ələ keçirdiyi bir çox bölgədə tövbə məntəqələri quraraq xalqa tövbə etdirib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO