Dünya
Əfqanıstanda seçkı bülletenləri yenidən sayılacaq
Əfqanıstanda keçirilmiş prezident seçkilərinin ikinci
turunda böyük saxtalaşdırma hallarınin yoxlanılması
vacibdir.
ANS PRESS-in məlumatına görə, bu bəyanatla Kabildə səfərdə olan ABŞ
dövlət katibi Con Kerri keçirdiyi mətbuat konfransında çıxış
edib.
“Bülletenlər BMT-nin nəzarəti altında sayılacaqdır”, - deyən
amerikalı diplomat əlavə etmişdir ki, bu proses 24 saat ərzində
Kabildə başlayacaqdır.
Kerri, həmçinin bildirib ki, hər iki namizəd – Abdulla Abdulla və
Əşrəf Qəni Əhmədzay, eləcə də dövlət başçısı postunu tərk edən
Həmid Kərzayi aparılan danışıqlar zamanı səslərin yenidən sayılması
ilə razılaşıblar.
Dövlət katibi qeyd edib ki, avqustun 2-nə təyin olunmuş inaqurasiya
başqa vaxta keçiriləcəkdir.
Xatırladaq ki, Əfqanıstan müstəqil seçki komissiyasının ilkin
məlumatlarına görə, Əşrəf Qəni Əhmədzay prezident seçkilərində
56,44 faiz səslə qalib gəlib. Onun rəqibi Abdulla Abdulla
seçicilərin 43,56 faizinin səsini yığıb. Bu nəticələrlə
razılaşmayan A.Abdulla səslərin kütləvi surətdə saxtalaşdırıldığını
bildirmiş və bəyan edib ki, ölkədə “paralel hökumət”
yaradacaqdır
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO