Dünya
“İsrail raket gücümüzü təxmin edə bilməz” – Müsahibə
İslami Cihad Hərəkatının lideri Ramazan Abdullah Şallah "Əl-Cəzirə" kanalına müsahibə verib. O, İsrailin son bir həftədir ki, Qəzzaya qarşı başladığı hücum barədə danışıb.
Döyüşün nə vaxt bitəcəyini onların müəyyənləşdirəcəyini deyən Ramazan Abdullah Şallah sionist rejiminin 2012-ci ildəki atəşkəs şərtlərinin heç birini yerinə yetirmədiyini bildirib. ”Bundan sonra biz 2012-ci ildə əldə olunan atəşkəs razılaşmasının şərtlərini qəbul etmirik. Sionist rejim Qəzzaya qarşı tətbiq etdiyi embarqonu qaldıracaq və sərhədləri açacaq. İsrailin başqa yolu yoxdur”, - İslami Cihad Hərəkatının lideri bildirib.
O, İslami Cihad Hərəkatının ortaya qoyduğu mübarizə nəticəsində bölgədə möcüzəvi bir atmosferin yarandığını dilə gətirib: “Dastanlara yazılacaq bir müqavimət bu xalqın tarixində çox az baş vermişdir”.
“Sionist rejim problemlərini ört-basdır etmək üçün Qəzzaya hücum etdi”
Hərəkat liderinin sözlərinə görə, sionist rejim məskunlaşma və digər bir çox problemi gizlətmək üçün Qəzzaya hücum edib: “Sionist rejim bu hücumlarla keçmişdəki problemlərdən xilas ola biləcəyini zənn edir. Hərəkatın gücünü döyüşlə yox edə biləcəyini düşünür. Ancaq hər kəs bilməlidir ki sionist rejim əsla bu hədəflərinə çata bilməyəcək. Rejim hazırda bu xaos mühitindən necə çıxacağını bilmir”.
“Sionist rejim hədəflərini həyata keçirmək istəyərkən böyük bir rüsvayçılıqla qarşılaşdı. Bölgə ölkələrindəki hazırkı vəziyyətdən istifadə edərək qazanc təmin edəcəyini düşünür. Ancaq sionist rejim strateji baxımdan böyük bir sehrin təsiri altındadır. Onların ordusu Qəzzadakı hədəfləri təsadüfi vurur, İslami Cihad Hərəkatı ilə əlaqədar heç bir məlumata sahib deyil. Hərəkatın raket gücünü təxmin belə edə bilmirlər”, - Ramazan Abdullah Şallah söyləyib.
“Atəşkəs üçün vasitəçiyə ehtiyacı olan sionist rejimdir”
O qeyd edib ki, atəşkəs üçün vasitəçini axtarmayacaqlar: “Atəşkəs üçün vasitəçiyə ehtiyacı olan sionist rejimdir. ABŞ bu döyüşün ortağıdır. ABŞ bu döyüşə yaşıl işıq yandırmasaydı, sionist rejim belə bir hücumu həyata keçirə bilməzdi”.
Hərəkat liderinin sözlərinə görə, Misirdən başqa heç bir ölkə vasitəçilikdə müvəffəqiyyətli ola bilməz: “Döyüşdən əvvəl sionist rejimlə bəzi görüşlər keçirilmişdi. Ancaq artıq bu görüşlərin heç bir dəyəri qalmayıb. Hazırda heç bir vasitəçini qəbul etmirik. Amma mən Misirin iştirakı olmadan bu döyüşün başa çatmayacağını söyləyirəm. Tarixi və coğrafi baxımdan Misirdən başqa heç bir ölkə vasitəçilikdə uğur əldə edə bilməz. Misir hərəkətə keçərsə, sionist rejimi dayandıra və atəşkəsə məcbur edə bilər”.
“Ağ bayraq qaldırmağımızı gözləyirlər”
Hərəkat liderinin sözlərinə görə, sionist rejim Fələstin xalqının ağ bayraq qaldırmasını gözləyir. O, Əbu Hudayrın yandırılması kimi iyrənc bir hərəkətin dünya tarixində görünmədiyini bildirib.
Ramazan Abdullah Şallah bildirib ki, Fələstin Abbas israillilərə “mən sizinlə görüşməyəcəyəm” deməlidir: “Mahmud Abbasın hazırda heç bir təsiri yoxdur. Fələstin Azadlıq Təşkilatı görməlidir ki, İslami Cihad Hərəkatı nələr edə bilər. Qəzzadakı ortaq qərar müqavimətin davam etdirilməsi ilə bağlıdır. Bu döyüşün nə vaxt bitəcəyini biz müəyyən edəcəyik. Müqavimət hərəkatı hərbi və siyasi olaraq çox yaxşı bir koordinasiya olunmuş vəziyyətdədir. Allahın yardımı ilə sionist rejimi böyük məğlubiyyətə uğradacayıq”.
Onun sözlərinə görə, bu döyüş nəticəsində ən böyük itkiyə uğrayacaq şəxs Mahmud Abbasdır: “Çünki Fələstin xalqını müdafiə etməyən hər kəs itirər. Sionist rejim Orta Şərqdəki daxili qarışıqlıqdan istifadə edərək Qəzzaya hücum edib. Dünya miqyasında görünməyəcək qədər kiçik olan Qəzzanın necə müqavimət göstərdiyini görməliyik. Abbas da bunu görməlidir. Amma Mahmud Abbas İslami Cihad Hərəkatının ortaya qoyduğu mübarizəyə zərər verməməlidir”.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu