“Boko Haram” Nigeriya prezidentini belə lağa qoydu (Video)
Bizi izləyin

Dünya

“Boko Haram” Nigeriya prezidentini belə lağa qoydu (Video)

“Boko Haram” terror təşkilatının lideri Əbubəkr Şekau yenidən ortaya çıxıb.

Publika.az-ın CNN Türk-ə istinadən verdiyi məlumata görə, aprel ayında 200 qız məktəblini qaçıran təşkilat lideri yeni bir video yayımlayıb.

Əbubəkr Şekau qızların xilas edilməsi üçün başladılan, ABŞ-ın birinci xanımı Mişel Obama və məşhur aktrisa Ancelina Coli tərəfindən də dəstəklənən “Qızlarımızı geri gətirin” kampaniyasını lağa qoyub. Terror təşkilatının hədəfində isə qızları xilas edəcəyinə söz verən Nigeriya dövlət başçısı Gudlak Conatan var idi.

Əbubəkr Şekau “Boko Haram”ın həbsxanadakı üzvlərinin sərbəst buraxılmasını da tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm