İŞİD bu klipə görə müğənninin başını kəsəcək - (VİDEO)
Bizi izləyin

Dünya

İŞİD bu klipə görə müğənninin başını kəsəcək - (VİDEO)

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvləri kürd müğənninin klipinə görə öldürüləcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, məşhur kürd pop müğənnisi Helli Luv "Hər şey üçün risk et" adlı klipini internetdə yayımladıqdan sonra İŞİD silahlılarının ölüm siyahısına daxil edilib.


Müğənninin klipdə qadın peşmərgələrlə molotov kokteyli atması, əllərində "Kalaşnikov" avtomatların olan qadınlarla rəqs etməsi İŞİD üzvlərini qıcıqlandırıb. Fevral ayında "Youtube" sosial şəbəkəsində yayımlanan klip 2,5 milyon internet istifadəçisi tərəfindən izlənilib.


Helli həmin klipə görə ölümlə hədələndiyini bildirib. O, klipdə əsas mesaj xalqının ruhunu, müstəqillik mübarizəsini və bu yolda döyüşməyin də lazımlı olduğunu vurğulayır.

Qeyd edək "Twitter" mikro-bloqunda ABŞ prezidenti tərəfindən də izlənilən müğənninin klipi Barak Obamanın da xoşuna gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm