Səudiyyə generalından İŞİD və şiələrlə bağlı şok açıqlama
Bizi izləyin

Dünya

Səudiyyə generalından İŞİD və şiələrlə bağlı şok açıqlama

“İŞİD hər hansı hərbi bacarığı olmayan adi bir təşkilatdır. Əsl təhlükə arxalarında böyük bir təşkilata sahib iraqlı şiə milislərdir”.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının generalı Faleh əl-Subai deyib. General İŞİD təhlükəsindən qorunmaq üçün İraqla sərhəd bölgəsi Arar şəhərinə 1000 əsgər, eyni sayda gözətçi və 3 vertolyot yerləşdirdiklərini açıqlayıb.

İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin özünü xəlifə elan etməsindən sonra Səudiyyə Ərəbistanının buna hansı reaksiya verəcəyi diqqət mərkəzində idi.

Ötən ay Kral Abdullah verdiyi açıqlamada İŞİD-i terrorçu qruplaşma olaraq xarakterizə edib və səudiyyəliləri qoruyacağına söz verib.

Şiə vətəndaşların ölümüylə qürur duyan səudiyyəlilərin İŞİD-i dayandırmaq üçün önəmli tədbir görməməsinin İraq rəhbərliyini əsəbiləşdirdiyi bildirilir.

Qeyd edək ki, Suriyada terrorçu qruplaşmaları dəstəkləyən Səudiyyə Ərəbistanından İŞİD-ə yüzlərlə vətəndaşın qatıldığı iddia edilir. Rəsmi Riyad isə İŞİD-ə dəstək olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm