Ərəb gənci meşəyə aparıb yandırıblar
Bizi izləyin

Dünya

Ərəb gənci meşəyə aparıb yandırıblar

İsrail Müdafiə Nazirliyi 16 yaşlı Məhəmməd Əbu Hdeyrənin terror qurbanı olduğunu qəbul edib.

Publika.az İsrail mətbuatına istinadən məlumat verir ki, Şərqi Yerusəlimin 16 yaşlı sakini iyulun 2-də vəhşicəsinə öldürülüb.

Cinayət işinin materiallarına görə, Yerusəlim sakini olan 3 millətçi ərəb, yeniyetmənin tək olmasından istifadə edərək onu avtomobillərinə əyləşdirib şəhər kənarına aparıblar. Meşə zolağında döydükdən sonra onu üstünə benzin tökərək yandırıblar.

Həbs olunanlardan iki nəfəri yeniyetmədir. Əsas şübhəli şəxsin isə 29 yaşı var və o, bir uşaq atasıdır. Xəbər verilir ki, bu şəxs öz doğma qızı anadan olanda onu boğmaq istəyib. Ruhi xəstə kimi dispanserdə siyahıdadır.

Digər iki şübhəlinin adı məxfi saxlanılır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm