"Boeing-777” ilə bağlı Kremldən Kiyevə 10 sual
Bizi izləyin

Dünya

"Boeing-777” ilə bağlı Kremldən Kiyevə 10 sual

Rusiya Federasiyası müdafiə nazirinin müavini Anatoli Antonov Ukrayna səmasında vurulan Malayziyanın “Boeing-777” təyyarəsi ilə bağlı beynəlxalq komissiyanın formalaşmasına Kiyevin mane olduğunu bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, nazir müavini “Rossiya 24” kanalına müsahibəsində hadisə ilə bağlı Moskvanın ünvanına səsləndirilən ittihamların Rusiyaya qarşı aparılan informasiya müharibəsinin davamı olduğunu deyib.

Rusiya müdafiə nazirinin müavin Ukrayna Silahlı Qüvvələrinə 10 sual ünvanlayıb. “Biz bu gün Ukraynanın Silahlı Qüvvələrinə 10 sual vermək istəyərdik. Bu suallara cavabların verilməsi yalnız Rusiyada deyil, həm də Ukraynada və Qərb dövlətlərində hadisə barədə düzgün təfərrüat formalaşacaq”, - o, qeyd edib.

Həmin suallar isə aşağıdakılardır:

1.Ukrayna hakimiyyəti faciənin gunahkarlarını bir anda müəyyənləşdirdi və onların fikrincə, bunlar “özünümüdafiə qüvvələri”dir. Bu iddianın əsasını nə təşkil edir?

2.Rəsmi Kiyev döyüş əməliyyatları aparılan ərazidə “Buk” zenit-raket komplekslərinin olmasının bütün detallarını açıqlaya bilərmi? Bir halda ki, “özünümüdafiə qüvvələri”ndə təyyarə yoxdur.

3.Beynəlxalq komissiyanın formalaşması üzrə Ukrayna hakimiyyətinin fəaliyyətsizliyi nə ilə bağlıdır?

4.Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri “hava-hava” və “yer-hava” zenit-raket kompleksləri barədə sənədləri ekspertlərə təqdim etməyə hazırdırmı? Bu, çox əhəmiyyətli sualdır. Bu, bizə “Boeing 777”yə qarşı hansı zenit-raket kompleksindən istifadə edildiyini öyrənməyə imkan verəcək.

5.Hadisə baş verən gün Ukrayna Hərbi-Hava Qüvvələrinin hərbi təyyarələrinin yerdəyişməsi haqqında obyektiv məlumatlar beynəlxalq komissiyaya veriləcəkmi?

6.Ukrayna dispetçerləri təyyarənin şimal marşrutuna keçməsinə niyə razı olmadılar?

7.Hərbi əməliyyatlar aparılan ərazi mülki təyyarələri üçün niyə tamamilə bağlanmamışdı?

8.Rəsmi Kiyev ispan dispetçerinin sosial şəbəkədəki xəbərini şərh edə bilərmi? O qeyd edib ki, “Boeing 777”i Ukraynanın iki hərbi təyyarəsi müşayiət edirdi.

9.”Boeing” ekipajı ilə Ukrayna dispetçerlərinin danışıqları niyə beynəlxalq nümayəndələrin iştirakı olmadan araşdırılmağa başlanılıb?

10.Rusiyanın “TU-154” təyyarəsinin Qara dəniz üzərindəki əvvəlki analoji qəzanın dərslərini Ukrayna niyə almayıb? Ukraynanın rəhbərliyi son ana qədər bu faciədə özünün iştirakını inkar edirdi. Amma biz təkzibedilməz faktları ortaya qoyduq və sübut etdik faciənin həqiqi gunahkarı Ukraynadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm