İsrail 2 saat vaxt verdi
Bizi izləyin

Dünya

İsrail 2 saat vaxt verdi

İsrail Qəzza sektorunda 2 saatlıq atəşkəs rejiminin elan edilməsini qəbul edib. ANS PRESS-in məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyan edib.

BQXK-nın açıqlamasında bildirilir ki, İsrail ordusu Qəzzada ölü və yaralıların xəstəxanalara daşınması üçün təklif edilən 2 saatlıq atəşkəs rejiminin elan edilməsinə razılıq verib.

Xatırladaq ki, sözügedən atəşkəsi "Həmas" hərəkatı daha əvvəl qəbul etmişdi.

Qeyd edək ki, bir neçə saat əvvəl İsrail ordusunun Qəzzanın Şəcaiyyə səmtini bombardman etməsi nəticəsində ən azı 40 nəfər ölmüş, 400-dən artıq adam yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm