Dünya
İŞİD erməni kilsəsindən bayrağını asdı - Foto
İŞİD Suriyada yerləşən erməni katolik kilsəsinin xaçını endirərək öz bayrağını asıb.
Axar.az xəbər verir ki, amerikalı jurnalist 6 gün ərzində İŞİD-in nəzarətində olan Rakka şəhərində gördüklərini yazıb. Müəllifə görə, şəhərdə həyat artıq öz axarı ilə davam edir və burada İŞİD-in hökmləri tətbiq edilir.
Artıq Rakkada yerləşən üç kilsə bağlanıb. Bunlardan biri də ermənilərə məxsus katolik kilsəsi olub. İŞİD erməni katolik kilsəsinin xaçını endirərək öz bayrağını sancıb və buradan öz təbliğat mərkəzi kimi istifadə edir.
Yeni qərara görə, yetkinlik yaşına çatmış xristian kişilər vergi ödəməlidirlər. Onlar bunun müqabilində sərbəst ibadət edə biləcək və qəbiristanlıqlarına toxunulmayacaq.
Bundan əlavə, şəhərdə bir çox qadağalar da tətbiq edilir. Rakkada siqaret və qəlyan çəkmək yasaq edilib, çayxanalar bağlanıb. Qadınlara niqab geyinmək zəruri hesab edilib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi