Şok: Əlcəzair təyyarəsi də vurulub?
Bizi izləyin

Dünya

Şok: Əlcəzair təyyarəsi də vurulub?

Son bir həftədə yaşanan təyyarə qəzalarının üçüncüsü olan və mübahisəli bir bölgədə düşən “Air Algerie Hava Yolları”na məxsus təyyarənin vurulması barədə iddialar ortaya atılıb.

Axar.az xəbər verir ki, Burkino-Fasodan Əlcəzairə yola düşən təyyarə havaya qalxdıqdan 50 dəqiqə sonra qəzaya uğrayıb. İlk öncə təyyarənin hava şəraitinin kəskin şəkildə pis olması səbəbindən qəzaya uğradığı bildirilsə də, təyyarənin vurulma ehtimalları da iddia olunan versiyalar arasında səsləndirilir.

Fransa Daxili işlər naziri Bernard Cazeneuve bildirib ki, təyyarə böyük ehtimalla hava şəraitinin pis olması səbəbindən qəzaya uğrayıb, ancaq digər ehtimalları da gözardı etmək olmaz.

Fransa Nəqliyyat naziri Frederik Kuvillier isə təyyarənin yerdən vurulduğu ehtimalının yüksək olmadığını və buna da səbəb kimi Malidəki üsyaçıların əlində təyyarəni vuracaq vasitələrin olmadığını göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm