• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan Rusiya ilə təlim keçirdi

  • Dünya
  • 26 İyul 2014 19:00
  • 476 Baxış
Azərbaycan Rusiya ilə təlim keçirdi

Dövlət sərhəd xidmətinin sahil mühafizəsi əməkdaşları rusiyalı həmkarları ilə birgə təlimlərdə iştirak ediblər.

"Azərbaycan respublikası DSX-nin sahil mühafizəsinin sərhəd gözətçi gəmisi Rusiyadan təlimlərdən qayıdır. Həmin təlimlər Rusiya ilə birgə keçirilir. Bu dəqiqələrdə həmin sərhəd gözətçi gəmisi sahil bazasında körpüyə yan alır".

ANS TV-nin məlumatına görə, Azərbaycanın dəniz sərhədçiləri ilk dəfə olaraq, Dövlət sərhəd xidmətinin və Rusiya Federasiyası federal təhlükəsizlik sərhəd xidmətinin 2014-2015-ci illərdə birgə tədbirlər planına əsasən Rusiya ərazisində birgə təlimlər keçiriblər. Dağıstan şəhərinin cənub hissəsində iyul ayının 21-dən başlayaraq, 3 gün davam edən təlimlərin əsas mövzusu Xəzər dənizindən bioloji resursların qorunması, beynəlxalq terrorizmə, qeyri leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə olub. Təlimlərdə Azərbaycan tərəfdən 1 sərhədçi gözətçi gəmisi, 2 sürətli kater, Rusiya tərəfdən isə 3 gəmi və bir iri sürətli kater iştirak edirdi.

Sahil mühafizəsi şöbə rəisi Vaqif Məmmədov təcrübə xarakterli belə təlimlərdə rusiyalı həmkarlarının Azərbaycan dövlət sərhəd xidmətinin təcrübəsinə çox önəm verdiyini deyir.

Vaqif Məmmədov deyir ki, "Rusiyalı həmkarımız bizi yüksək səviyyədə qarşılayaraq təcrübəmizə böyük maraq göstərrlər. Hər iki tərəflər öz təcrübələrini bölüşdürərək təlimlərini keçirmişlər. Təlimlərin keçiriliməsində öz təkliflərini veriblər , ümumi razılığa gəliblər".

Təlim qarşılıqlı əlaqələrin yaradılması və məlumat mübadiləsinin aparılması, qüvvə və vasitələrin təyin olunmuş rayona çıxarılması, sərhədi pozmuş üzmə vasitələrinin axtarışının həyata keçirilməsi, aşkarlanması və təqib edilməsi, xəbərdarlıq atəşi ilə gəminin dayandırılması və digər taktiki epizodlarından ibarət olub.

Sahil mühafizəsində şöbə rəisi Vaqif Məmmədov vurğulayır ki, "Rusiya Federasiyasının Xəzər dənizinin müəyyən təyin olunmuş rayonunda sərhəd pozucusunu aşkar edərək izləməyə başlayır. Həmin şəxs tabe olmayaraq, bizim istiqamətdə hərəkət edir. Və nəzərə alsaq ki, həmin istiqamətdə bizim gəmi şərti xidmət apırırdı və köməklik edilməsi məqsədi ilə Rusiya Federasiyası tərəfi həmin rejim pozucusunun qarşısını alır".

Belə təlimlərin hər iki ölkənin sərhəd xidməti əməkdaşlarının peşəkarlığının artırılmasına müsbət təsir edəcəyini deyən sərhəd xidmətinin rəsmisi bildirdi ki, onlar təlimlərdən əvvəl Dağıstanın paytaxtında şəhəri gəzərək, voleybol oynayaraq yoldaşlıq görüşü keçiriblər. Vətənə də kubokla qayıdıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR