Dünya
Kürdlər Kərkükü "özəlləşdirdilər"
İraq Kürdüstanının regional hökuməti neftlə zəngin
Kərkükü vilayətinin təhlükəsizliyinin qorunması üçün milli
qvardiyası-Peşmərgəni bölgəyə göndərib. Bu addımla Kürdüstan
hökuməti rəsmən nəzarəti altında olan 3 vilayətə Kərkükü də əlavə
etmiş olur.
Neft müstəqilliyi Kürdüstan iqtisadiyyatının möhkəmləndirilməsinə
xidmət edə bilər.
İraqın şimal bölgəsində yerləşən Kərkük neft bolluğu ilə tanınır.
Etnik parçalanmaya məruz qalan şəhər ərəblər, türkmənlər və
kürdlərin mübarizə meydanı olub. İndi isə İŞİD burada terrorçuluğa
meydan açıb.
İyun ayında güclü döyüşçüləri ilə tanınan Peşmərgə qüvvələri
Kərkükdə sabitliyin bərqaqərar edilməsi səylərinə start verərək,
təbii sərvətlərin qorunmasına qalxıb.
Kərkükdəki monument vilayətin neft və mübarizə simvoludur.
Peshmerqa üzvü Məhəmməd Svani neftin Bağdad deyil, kürdlərə məxsus
olduğunu deyir. “Bura Kürdüstan ərazisidir. Neft də Kürdüstanındır.
Biz Kürdüstanın digər bölgələrini müdafiə etdiyimiz kimi nefti də,
bu ərazini də müdafiə etməliyik.”
Peşmərgə burada sabitlik və sülhü, habelə müstəqilliklərinin təməli
hesab etdiyi neft sahələrini necə müdafiə edir?
Ordu keşikdə, silahlar daim hazır vəziyyətdədir.
Peşmərgə keşikçilərinin məqsədi birdir. Problem yaradan silahlarla
üzləşəcək. İyun ayından bəri Kərkükdə son onilliklər ərzində heç
olmamış sakitlik hökm sürür. Şəhər müdafiə olunur. İŞİD buranı tərk
etməli olub.
İraq hökumətinin bəzi qüvvələri silahlarını yerə qoyub, İŞİD-in
müqavimətindən qaçıb. Lakin Peşmərgə bunun əksini edib. İŞİD-in
tərkib hissəsi olan Daşı buradan uzaqlaşdırb. Peşmərgə üzvü Kamal
Məhəmməd Mustafa: “Daş Kərkükə nəzarət etmək istəyirdi. Biz bunu
eşitdikdə gəlib, Kərkükü onların əlindən aldıq.”
Neftlə zəngin Kərkük indi kürdlərin əlindədir. Şimaldan Türkiyənin
Ceyhan limanına neft daşımaq üçün boru xətlərinin səmti
dəyişdirilib.
İraqın mərkəzi hökuməti Kərkükün kürdlər tərəfindən ələ
keçirilməsinə qəzəbli reaksiyalar verir. Lakin kürdlərin niyyəti
açıqdır. Kərkük Bağdada qaytarılmayacaq.
Kamal Məhəmməd Mustafa: “Neft Kürdüstanın gələcəyi deməkdir. Neft
olmasa, gələcək də yoxdur.”
Peşmərgə Bağdad Kərkükü güc yolu ilə almaq istəsə, döyüşlərə hazır
olduğunu bildirir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO