Dünya
İŞİD-ə İsraildən gözlənilməz zərbə
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına biyət
etmiş Ənsar Beytil Maqdis Camaatının üzvləri İsrail ordusu
tərəfindən öldürülüb.
ANS PRESS-in məlumatına görə, keçmiş adı İraq Şam İslam Dövləti
(İŞİD), yeni adı ilə isə İslam Dövləti (İD) olaraq dünyaya səs
salan terror qruplaşması İsraildən gözlənilməz zərbə alıb. Belə ki,
İŞİD-ə biyət etmiş Ənsar Beytil Maqdis Camaatından verilən
açıqlamada, Sina ərazisində avtomobillə gedən 3 döyüşçülərinin
İsrail ordusunun pilotsuz təyyarələri ilə vurulduğu bildirilir.
Öldürülənlərin adlarının Xalid Süleyman, Ridvan Süleyman və Hilmi
Avdə olduğu deyilir.
Qeyd edək ki, baş verən bu hadisədən sonra Ənsar Beytil Maqdis
Camaatı İsrail ərazisinə onlarla raket atıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu