• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünya Ramazan Bayramını qeyd etdi

  • Dünya
  • 30 İyul 2014 00:24
  • 493 Baxış
Dünya Ramazan Bayramını qeyd etdi

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir.

ANS TV-nin məlumatına görə, dünyanın bəzi ölkələrində Ramazan bayramı dünən qeyd edilsə də, bəzi müsəlman ölkələri bayram namazını məhz bu gün qılıblar.

İraq

İraqda bu gün şiə əhali Ramazan bayramını qeyd edir. Şiələr İraqın sünni əhalisindən bir gün sonra bayram namazını qılıblar. Bağdadın şiələr məskunlaşan rayonlarının sakinləri İmam Əli məscidinə axışıblar. Məscidə giriş gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub. İraqlılar Qəzza zolağındakı müsəlman qardaşları üçün dua etdiklərini bildiriblər.

Yaxın Şərq

İsrailin Qəzza zolağına fəal hərbi müdaxiləsinə baxmayaraq, burada da əhali Ramazan bayramını qeyd etməkdən çəkinmir. Ötən gün bir qrup insan raket zərbəsi nəticəsində dağıdılmış Əl-Fəruq məscidi ətrafında toplaşaraq bayram namazı qılıb.

Suriya

Suriya prezidenti Bəşər Əsəd 3-cü müddətə dövlət başçısı seçildikdən sonra ilk dəfə mediaa qarşısına çıxıb. Bəşər Əsəd paytaxt Dəməşqdə ölkənin ali dini rəhbəri Məhəmməd Hasun ilə məsciddə namaz qılaraq bayramı qeyd edib.

Çin

Əksər Asiya və Avropa ölkələrində də Ramazan bayramı davam edir. Çinin paytaxtı Pekində minlərlə müsəlman şəhərin ən böyük məscidinə axışıb. Fitrə çıxarma mərasimindən sonra müsəlmanlar bayram namazını qılaraq dualar ediblər.

Pakistan

Pakistanın Kəraçi şəhərində də bayram namazı izdihamlı keçib. İnsanların məscidlərə axışdığı vaxt burada təhlükəsizlik tədbirləri artırılıb.

Banqladeş

Banqladeşin paytaxtı Dəkkədə də bayram namazı bu gün qılınıb. Namazdan sonra müsəlmanlar qucaqlaşaraq bir-birin təbrik ediblər. Ramazan şənliklərinin bir adəti olaraq, uşaqlara rəngli şarlar bağışlanıb.

Norveç

Norveçin paytaxtı Osloda müsəlmanlar bayramın ilk günündə məscidə axın edib, yaxınları ilə görüşüblər. Həmçinin, Bolqarıstanda müsəlamanlar fitrə çıxarıblar. Bosniyada da məscidlərə güclü insan axını olub. Ölkənin ali dini lideri Hüseyn Kavazoviç bayram günü insanları birliyə dəvət edib. Kavazoviç bildirib ki, Bosniya müsəlmanları həm ölkə daxilində, həm də qonşu ölkələrlə sülh və əmin-amanlıq işində yaşamaq istəyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR