Prezidentliyə namizəd dövlət himnini bilmir
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd dövlət himnini bilmir

Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədi olan Ekmeleddin İhsanoğlu “İstiqlal marşı” adlı dövlət himnini bilmir.

ANS PRESS-in xəbərinə görə, İhsanoğlu ötən gün İstanbulun ən böyük şəhidlər xiyabanı olan “Edirnekapı şehitliyi”nə ziyarətə gedib.

Ekmeleddin İhsanoğlu burda Osmanlı və Cümhuriyyət dövrünün tanınmış şairlərindən, atasının dostu və “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ersoyun qəbrini ziyarət edib.

Ersoyun qəbrinə qərənfil qoyan və dua edən İhsanoğlu daha sonra qəbrin üzərində İstiqlal marşından yazılmış bəndi oxuyub.

İhsanoğlu Türkiyədə uşaqların da əzbər bildiyi dövlət himninin sözləri üçün, “Mehmet Akif Ersoyun “Çanakkale şehitleri” şerindəndir hər halda” – deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm