Qardaş qardaşı pula görə öldürdü
Bizi izləyin

Dünya

Qardaş qardaşı pula görə öldürdü

Kafedə birlikdə çalışan qardaşlardan biri digərini qətlə yetirib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Mərmərə şəhərində olub. Şəhərin Yeniyol Prospektindəki kafedə birlikdə işləyən 26 yaşlı Rəsul Kantepe ilə 22 yaşlı Coşkun Kantepe arasında pul üstündə mübahisə düşüb.

Mübahisə zamanı Coşkun Kantepe bıçağı özündən böyük qardaşı Rəsul Kantepenin qarnına sancaraq ona xəsarət yetirib.

Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Kafe polis tərəfindən nəzarətə alınıb, hazırda istintaq gedir. İki qardaşın eyni iş yerində işləməsinə baxmayaraq, bir müddətdir küsülü olduqları müəyyən edilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm