Dünya
Google inhisarçılıqda günahlandırılır
Avropa İttifaqının (Aİ) antiinhisar orqanları əksər
mobil qurğularda quraşdırılan Android əməliyyat sistemi ilə bağlı
araşdırmaya başlamaq niyyətindədir. Reuters agentliyinin məlumatına
görə, hazırda tənzimləyici orqanlar bunun üçün lazımi məlumatların
toplanılması ilə məşğuldur.
Avropa Komissiyası Androidin mobil əməliyyat sistemləri bazarındakı
liderliyindən narahatdır. Strategy Analytics analitik agentliyinin
məlumatına görə, cari ilin ikinci rübündə dünyada satılan
smartfonların 85 faizi bu əməliyyat sisteminin idarəetməsi ilə
işləyib. İkinci yeri böyük geriliklə - 11,9 faizlə Apple şirkətinin
iOS sistemi tutub.
Avropa Komissiyası artıq antiinhisar araşdırması üçün zəmin
hazırlayır. Komissiya Google-un öz servislərinin yayılması üçün
bazardakı lider mövqeyindən istifadə etməklə qanunvericiliyi
pozmasını aydınlaşdırmaq niyyətindədir.
Son bir neçə həftədə Avropa Komissiyası şirkətlərə onların Google
ilə Android sahəsində əməkdaşlıq təcrübəsi ilə bağlı anketlər
göndərməyə başlayıb. Onlardan biri agentliyin əlinə keçib. Anketdə
Googleun qurğulara onun servislərinə rəqib olan proqram təminatının
əvvəlcədən quraşdırılmamasını şifahi və ya yazılı tələb etməsi
soruşulur.
Sentyabrın əvvəlinədək Google-un tərəfdaşları 40-dan çox sualı
cavablandırmalıdırlar. Onlardan 2007-ci və sonrakı illərdə elektron
poçt ilə yazışmaların, fakslar, görüşlər və telefon danışıqları
haqqında qeydlərin, təqdimatlar və digər sənədlərin təqdim olunması
tələb olunub.
Google nümayəndələri ittihamları rədd edərək bəyan ediblər ki,
şirkət Androidin şəffaflığına çalışır. İstənilən şirkət Google-un
iştirakı olmadan Androiddən istifadə edə bildiyi kimi, Google-dan
da Android olmadan istifadə edilə bilər, - mətbuat xidmətindən
bildirilib.
Mənbə
İctnews
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi