Ukraynanın şərqi qışadək separatçılardan təmizlənəcək
Bizi izləyin

Dünya

Ukraynanın şərqi qışadək separatçılardan təmizlənəcək

“Donetskin azad edilməsi planı artıq hazırdır və bu, terrorçular üçün gözlənilməz olacaq”.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna prezidentinin sözçüsü Yuri Luçenko danışıb.

O bildirib ki, çətin də olsa, problemin öhdəsindən gələcəklər. Çünki Donetsk qaytarılmadan Ukraynanın gələcəyinə inamla baxmaq olmaz: “Donetskin ələ keçirilməsi müvəffəqiyyətin 90 faizi deməkdir. Biz terrorçu qrupların orada toplaşmasına imkan verməklə səhvə yol vermişdik”.

Analitik İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko isə deyib ki, Ukraynanın şərqi qış aylarınadək rus separatçılarından təmizlənəcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm