Rusiya ABŞ-dan belə qisas alır
Bizi izləyin

Dünya

Rusiya ABŞ-dan belə qisas alır

Beynəlxalq cinayət polis təşkilatının (İnterpol) apellyasiya kollegiyası yaxın günlərdə "Uilyam Brauder işi”nə yenidən baxa bilər.

Publika.Az –ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, bu Rusiya Baş prokurorluğun “Hermitage Capital” şirkətinin başçısı Vilyam Brauderin təqibinin siyasi xarakter daşımadığını sübut edəndən sonra mümkün olacaq.

Qeyd edək ki, Britaniya vətandaşı olan V.Brauder barəsində Moskva şəhərinin Tver məhkəməsində dələduzluq maddəsi ilə qiyabi olaraq 9 il azadlıqdan məhrumetmə cəzası barədə hökm çıxarılıb. İttihama görə, V.Brauder 1999-2004-ci ilər ərzində qeyri-qanuni şəkildə “Qazprom” şirkətinin 131 millyonluq səhmlərini daxili bazar qiymətinə əldə edib. Rusiya qanunlarına əsasən xarici vətandaşlar bu əməliyatlar üçün Rusiya Qiyməli Kağızlar İdarəsindən icazə almalıdır.

Britaniya vətəndaşı isə Kalmıkiya vilayətində bir necə yerli hüquqi şəxs təsis edib. O, 100 faiz xarici investor kimi vəsaitini gizlədərək “Qazprom” səhmlərini daxili bazar qiymətləri ilə əldə edə bilib. Nəticədə “Hermitage Capital” rəhbərinin Rusiyaya 2,9 milliard rubl məbləğində ziyan vurduğu bildirir. Rusiya onu İnterpolun axtarışına versə də təşkilat Rusiyaya kömək etməkdən imtina edib. İnterpol rəhbərliyi qərara gəlib ki, V.Brauderin işi sırf siyasi xarakter daşıyır. İnterpol belə bir qənaətə gəldiyi üçün V.Brauderə aid məlumatları bütün bazasından silib və təşkilatda təmsil olunan ölkələr də bu barədə məlumatlandırılıb.

“Hermitage Capital” şirkətindən “Nezavisimaya gazeta” açıqlamada İnterpolun əvvəlki qərarına yenidən baxması biabırçılıq adlandırılıb. Şirkətdən Avropa Şurası Parlament Assambleyasının Rusiya ilə bağlı qətnaməsi xatırlanır. “İsveçrəli deputatı Andreas Qroos tərəfindən hazırlanan 53 səhifəlik məruzədə deyilir ki, “Hermitage Capital” şirkətinin hüquqşünası Sergey Maqnitski Rusiya hakimiyyətinin ən yüksək eşelonlarında iri həcmli korrupsiyanı faktlarını açdığı üçün həbs edildi və öldürüldü. Qətnamə bu cinayətlərdə ittiham olunaraq həbs olunan bütün rəsmi şəxslərin azad olunması, “Hermitage Capital” nümayəndələrinin təqibinin dayandırılması tələb olunurdu. Rusiya siyasi hədəfləri üçün Konstitusiyanı və beynəlxalq təşkilatın nizamnamələrini pozaraq İnterpoldan istifadə etməyə çalışır”, - açıqlamada deyilir. “Hermitage Capital”dan iddia edirlər ki, V.Brauder barəsində Rusiya Daxili İşlər Nazirliyinin irəli sürdüyü ittihamlar tamamilə əsassızdır: “AŞPA-nın məruzəsində də qeyd edilib ki, “Brauder işi” insan hüquqları üzrə Avropa konvensiyasına zidddir”.

Əlavə edək ki, ATƏT-in Parlament Assambleyası da 2012-ci il iyulun 8-də Rusiyada insan hüquqlarını pozan məmurlara qarşı Avropa ölkələrinin sanksiyalar tətbiq etməsinə çağırış edən “Maqnitski qətnaməsi”ni qəbul edilib. Qətnamədə söhbət insan hüquqlarını pozan dövlət məmurlarından, məsələn “Hermitage Capital”ın hüquqşünası S.Maqnitskinin həbsxanada ölümünə səbəb olan vəzifəli şəxslərdən gedir.

“Hermitage Capital”ın nümayəndələri hesab edirlər ki, “Qazprom” səhmlərinin satışdan yeddi il sonra qanuni bir əməliyyat barəsində cinayət işinin qaldırılması siyasi təqibi faktını göstərir.

“Nezavisimaya gazeta”ya rusiyalı ekspertlər isə Rusiyanın İnterpolda müvəffəqiyyət qazanması şansının olmadığını bildirib. “Rusiya hakimiyyəti özünü Qərbin gözündən salıb və indi yalnız vəziyyəti düzəltməyə çalışır. İnterpol öz qərarını dəyişdirməcək. Qurum artıq sorğunu rədd edib. İndi isə Rusiyadan çəkisi olan sübutlar və arqumentlər tələb ediləcək ki, burada siyasi amil yoxdur. Amma bu cür sübutların olması şübhəlidir”, - Siyasi Texnologiyaların Mərkəzinin direktor müavini Aleksey Makarkin qeyd edir.

Onun fikri ilə Moskva Vəkil Palatasının üzvü Ruslan Zakalyujni də razıdır:

“Bu işə yenidən baxılması üçün Rusiyanın şansı yoxdur. Rusiya güc strukturlarının indiki cəhdləri məhz daha çox qisasa oxşayır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm