Dünya
Partizanlardan Donbasda terrorçulara ağır zərbə: 30 ölü
Son iki həftə ərzində partizanlar Ukraynanın şərqində
terrorçulara ağır zərbə vurub.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi son iki həftə ərzində
partizanların təxminən 30 terrorçunu məhv etdiyini
bildirib.
Daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryakın sözlərinə
görə, düşmənin arxasında yerləşən müqavimət dəstələri antiterror
əməliyyatlarına fəal dəstək verir. O, Ukraynanın şərqində
terrorçuların 13-15 min arasında olduğunu deyib. Nazir məsləhətçisi
terrorçulara Rusiya ərazisindən dəstəyin davam etdiyini, lakin bu
dəstəyin əvvəlkinə nisbətən azaldığını qeyd edib.
“Onlar anlayırlar ki, əksəriyyəti üçün son günlərdir. Bu
səbəbdən də antiterror güclərinə sərt müqavimət göstərir və din
əhaliyə qarşı vəhşicəsinə davranırlar”, - Şkiryak bildirib.
Ömər Dağlı
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO