Kiyevdə silahlılar restoranı tutub
Bizi izləyin

Dünya

Kiyevdə silahlılar restoranı tutub

Ukraynanın paytaxtı Kiyev şəhərində özlərini müdafiə dəstəsi adlandıran silahlı insanlar Şevçenko 36 ünvanında yerləşən restoranı ələ keçirib.

ANS PRESS-in məlumatına görə, bu haqda Kiyev-1 batalyonu xəbər verib.

"Təxminən 15 silahlı insan özlərini müdafiə dəstəsi kimi təqdim edərək restorana giriblər və özbaşınalıq etməyə başlayıblar. Hadisə yerinə operativ qrup və batalyon gəlib. Tutulma zamanı naməlum adamlar silahdan istifadə etməyə çalışıblar və müqavimət göstəriblər", - deyə xəbərdə deyilir.

Nəticədə onların həbs edildiyi və silahlarının götürüldüyü deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm