Ebola virusunda ölənlərin sayı 887 nəfərə çatdı
Bizi izləyin

Dünya

Ebola virusunda ölənlərin sayı 887 nəfərə çatdı

Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı 887 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən Röyters agentliyi xəbər yayıb.

Buna qədər son hesabatda Syera Leon, Liberiya, Qvineya və Nigeriyada Ebola qızdırmasından 729 nəfərin öldüyü bildirilirdi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, fevral ayından bəri 1603 yoluxma halı qeydə alınıb.

Təşkilatın baş direktoru Marqaret Çen hava –damcı yolu ilə ötürülən son dərəcə təhlükəli virusun faciəvi fəsadlara yola aça biləcəyini car çəkib. Onun sözlərinə görə, sabah yəni avqustun 6-da təşkilatın fövqəladə iclası keçiriləcək. İclasda, üzv dövlətlər itkisi bir minə yaxınlaşan xəstəliyin nə dərəcədə qlobal təhlükə yaratdığını müəyyən etməyə çalışacaq.

Preventiv tədbirlər çərçivəsində Nigeriya aeroportlarında tibbi yoxlanış baxımından təhlükəsizlik tədbirləri gücləndirlib. Liberiyadan gələn turistdə Ebola virusu aşkarlandıqdan sonra, Laqosun Beynəlxalq Aeroportunda sərnişinlər hərarət skanerindən keçirilir.

Bu arada Liberiyada mediklər xüsusi qoruyucu kostyumlarda, Ebola virusundan ölmüş qadının cəsədini təxliyyə edib. Səhiyyə işçiləri meyiti plastik bağlamaya yerləşdirdikdən sonra evi dizinfeksiya edib. Ebola qızdırması müalicəsi olmayan qanla, hava damcı yolu ilə həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur.

Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm