Dünya
Meyit olmaq qorxusu ukraynalı əsgərləri Rusiyaya yönləndirib
Dünən Rusiya sərhədini keçən 438 ukraynalı əsgərin bir qismi elə
günün sonunda sərhədi keçərək, geri qayıdıb. Rusiya dövlət
telekanalı əsgərlərin Rostov vilayətindən Ukrayna tərəfə keçməsini
əks etdirən kadrlar yayıb. Kadrlarda ukraynalı əsgərlərin Rusiyaya
məxsus hərbi texnika ilə Ukrayna sərhədinə aparıldığı görülür.
Ukraynalı əsgərlərin bu addımının səbəblərini isə hər iki tərəf bir
cür şərh edir. Rusiya rəsmiləri onların Kiyev hökumətindən
qaçdıqlarını və Rusiya tərəfindən təhlükəsiz dəhliz açmalarını
xahiş etmək üçün sərhədi keçdiklərini bildirib. Ukrayna ordusunun
rəsmisi isə əsgərlərin Rusiya-yönümlü separatçı qüvvələrin açdığı
atəşdən yayınmaq üçün və güllələri qurtardığı üçün sərhədi
keçdiklərini iddia edib.
"Əgər biz sərhədi keçməsəydik, indi döyüşdə ölmüş olacaqdıq." -
əsgərlərdən biri belə deyib.
"Düşünürəm ki, prokurorluqda olmaq orada döyüş meydanında meyit
olmaqdan daha yaxşıdır. Meyitləri götürüb aparmırlar. Əgər
hökumətimiz öz əsgərlərinin meyitlərinə sahib çıxmırsa, daha nə
deyə bilərik?" - deyə, bir başqa ukraynalı əsgər bildirib.
Rusiya sərhəd xidməti Rostova keçən ukraynalı əsgərlərdən 180-nin
öz istəyi ilə geri qayıtdığını açıqlayıb.
Associated Press
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO