Qəzzada ölənlərin sayı 1800-ü ötdü
Bizi izləyin

Dünya

Qəzzada ölənlərin sayı 1800-ü ötdü

İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 1800-dən çox fələstinli həlak olub.

Publika.az-ın məlumatına görə, bunu BMT Baş katibi Pan Gi Mun Baş Assambleyanın Fələstindəki vəziyyətə həsr edilmiş qeyri-formal iclasında deyib.

"1800-dən çox fələstinli öldürülüb. Onların əksəriyyətini mülki vətəndaşlar, o cümlədən qadın və uşaqlar təşkil edir. İsrail isə 3 dinc sakin və 6 hərbçisini itirib”, deyə Pan Gi Mun bildirib.

Baş katib qeyd edib ki, İsrail vətəndaşlarını müdafiə etmək üçün "qanuni hüququ" anlayır.

Bununla belə, Pan Gi Mun Qəzzada BMT obyektlərində sığınacaq tapan fələstinlilərin atəşə tutulmasını “qəbuledilməz və yersiz" adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm