Qərbə siqnal: Moskva təslim olmaq niyyətində deyil
Bizi izləyin

Dünya

Qərbə siqnal: Moskva təslim olmaq niyyətində deyil

“Qərbin sanksiyalarına Rusiyanın ağıllı cavab göstərdi ki, Moskva təslim olmaq niyyətində deyil”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Vaşinqtondakı İqtisadi və Siyasi Tədqiqatların Mərkəzinin direktoru Mark Vaysbrot Rusiya prezidentinin dünənki fərmanını şərh edərkən deyib.

Qeyd edək ki, Vladimir Putin “Rusiya Federasiyasının təhlükəsizliyin təmin olunması üçün xüsusi iqtisadi ölçülərin tətbiqi Haqqında” fərmanı imzalayıb. Fərmana görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən kənd təsərrüfatı məhsullarının müxtəlif növlərinin, həmçinin xammal və ərzağın idxalı qadağan edilir və ya məhdudlaşdırılır. Fərmanda bildirilir ki, sənəd “Rusiya Federasiyasının milli maraqlarının müdafiəsi üçün” qəbul edilib.

Amerikalı ekspertinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Ümumdünya Ticarət Təşkilatı nöqteyi-nəzərindən qanunsuzdur və ona görə də Rusiya iddia ilə çıxış edə bilər. O, qeyd edib ki, diplomatik münasibətlərinin pisləşməsi Ukrayna böhranının həllini də çətinləşdirir.

Vaysbrot güman edir ki, Rusiyanın cavab addımı Vaşinqton və onun müttəfiqləri üçün siqnaldır. “Rusiya bu yeni soyuq müharibədə təslim olmağa hazırlaşmır”, - ekspert bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm