Ukraynalı pilotun qəhrəmanlığı
Bizi izləyin

Dünya

Ukraynalı pilotun qəhrəmanlığı

Təhlükəsizlik şurası pilotun separatçıların nəzarət altında olan 40 kilometr ərazini keçib gəldiyini bildirib.

ANS PRESS-in məlumatına görə, Ukrayna qırıcısının pilotu əsl qəhrəmanlıq edərək Qorlovkanın yaşayış ərazisində vurulmuş təyyarəni uzaqlaşdırmağı bacarıb və sonra tullanaraq xilas olub.

Daha sonra təyyarəçi separatçılar tərəfindən müvəqqəti nəzarət edilən ərazidən keçərək öz hərbi hissəsinə sağ-salamat qayıdıb.

Bu haqda Antiterror qərargahının İnformasiya-analitik mərkəzinin spikeri Andrey Lısenko brifinqdə bildirib.

"Ona bir neçə gün müvəqqəti terrorçular tərəfindən nəzarət edilən ərazi üzrə hərəkət etmək lazım olub. Bu təxminən 40 kilometr olub. Pilotun yüksək peşəkarlığı və çox çətin şəraitdə sağ qalmaq bacarığı, Ukrayna pilotuna canlı və sağ-salamat bazasına qədər çatmağa kömək edib", - deyə Lısenko qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm