Ukraynada vurulan təyyarə ilə bağlı açıqlama
Bizi izləyin

Dünya

Ukraynada vurulan təyyarə ilə bağlı açıqlama

Niderlandın Ədliyyə Nazirliyi Ukraynada vurularaq qəzaya uğrayan Malayziya təyyarəsində olan sərnişinlərin qalıqları ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, nazirliyin məlumatına görə, qalıqların toplanması üçün Ukraynaya gedən holland ekspertlərin vətənə gətirdikləri qalıqlardan artıq 65-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Təyyarənin qalıqları ətrafında meyitlərin axtarışı isə ərazidə ukraynalı əsgərlərlə Rusiyayönümlü separatçılar arasında gedən döyüşlərlə əlaqədar müvəqqəti olaraq dayandırılıb.

Holland missiyasının rəhbəri ərazi təhlükəsiz olan kimi təhqiqatları davam etdirəcəklərini açıqlayıb.

İyulun 17-də vurulan təyyarədə əksəriyyəti Niderland və Malayziya vətəndaşları olmaqla, 298 nəfər həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm