Fəthullah Gülən səs verməyib
Bizi izləyin

Dünya

Fəthullah Gülən səs verməyib

Türkiyədə keçirilən prezident seçkisində "Hizmət" hərəkatının lideri Fəthullah Gülənin kimə səs verdiyi maraq mövzusudur.

Publika.az-ın məlumatına görə, Türkiyədə son dövrlərdə hökumətlə qarşı-qarşıya gələn “Hizmət” hərəkatının lideri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülən ötən həftə etdiyi söhbətlərdən birində imanı ekmel, İslamı ekmel, ehsanı ekmel, ixlası ekmel, rizayı ekmel deməsi ilə İhsanoğluna səs verməyə işarə etdiyi bildirilirdi.

Türkiyənin “Sabah” qəzetinin yazdığı xəbərdə isə 31 iyul - 3 avqust tarixləri arasında Pensilvaniya ştatının bağlı olduğu Nyu York baş konsulluğunda qurulan səsvermə qutularının heç birində Fəthullah Gülənin səs verdiyi görülməyib.

Nyu Yorkda 4 saylı seçki məntəqəsində avqustun 2-də Fəthullah Gülən adına bir qeydiyyatın olduğu bildirilsə də, lakin “səs vermək üçün gəlməyib" deyilir. Nyu Yorkda təxminən 4 min nəfərin səsvermədə iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Türkiydə 2013-cü il dekabrın 17-də baş tutmuş rüşvət və korrupsiya əməliyyatından sonra da oxşar qarğışlarla çıxış edən F. Gülən, xüsusilə din adamlarının və ümumilikdə ictimaiyyətin tənqid hədəfi olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm