Sərkisyan qorxu içində: “Naxçıvandan İrəvana hücum edə bilərlər”
Bizi izləyin

Dünya

Sərkisyan qorxu içində: “Naxçıvandan İrəvana hücum edə bilərlər”

“Azərbaycanın Naxçıvandan İrəvana hücum etmək imkanı var. Azərbaycanın Naxçıvanda yerləşdirilən hərbi gücü buna imkan verir. Mən bunu qorxusuz deyirəm”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sərkisyan yerli telekanallardan birinə müsahibəsində deyib.

Lakin o, erməni ordusunun güclü olduğuna diqqət çəkərək belə bir hərəkətin cəzasız qalmayacağını deyib. “Azərbaycan rəhbərliyi Ermənistan Silahlı Qüvvələrinin hansı imkanlara və qabiliyyətə malik olduğunu bilir”, -deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm