Qondarma respublikaların batalyonları – “Vityaz”, “Vampir”, “Tayqa”...
Bizi izləyin

Dünya

Qondarma respublikaların batalyonları – “Vityaz”, “Vampir”, “Tayqa”...

Ukrayna ordusu ilə döyüşən qondarma Donetsk və Luqansk Xalq Respublikalarının silahlı birləşmələri tərkiblərinə görə fərqlənir.

Publika.az xəbər verir ki, Donetskin cənubunu “Vostok” batalyonu qoruyur. Batalyonda qafqazlılarla yanaşı, ukraynalı keçmiş “berkut”çular var. Danışırlar ki, batalyonu ukraynalı milyarder İnat Axmetov maliyyələşdirir. Lakin Rinat Axmetov özü and-aman edir ki, batalyonla əlaqəsi yoxdu və ölkənin çiçəklənməsinin, bölünməməsinin tərəfdarıdır. Ola bilsin, milyarder “ölkə” dedikdə Rusiyanı nəzərdə tutur.

Bilinən odur ki, Axmetovun Donetskdəki villasını da “Vostok” batalyonu qoruyur. Biznesmensə Ukraynanı çoxdan tərk edib.

Antraçit və Sneynaya şəhərləri yaxınlığındakı postlarda isə ataman Koçiçinin kazakları keşik çəkir. Bu kazaklar soyğunçu və qarətçi kimi ad çıxarıblar. Faktiki olaraq, onlar heç qondarma respublikalara da tabe olmurlar.

Donetskin özündə “RPA” (Rus Provaslav Ordusu – red.) keşik çəkir. Bunlar əsasən yerlilərdir. Lakin komandirlərin hamısı Rusiyadangəlmə zabitlərdir.

“Vityaz”, “Tayqa”, “Prizrak” , “Vampir” kimi kiçik qruplaşmalar da var. Bunlar da faktiki heç kimə tabe deyillər. İstədikləri vaxt postlardan geri çəkilir, yaxud Ukrayna ordusuna hücum təşkil edirlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm