İraq parçalanır: Prezident “hə” dedi
Bizi izləyin

Dünya

İraq parçalanır: Prezident “hə” dedi

İraqın hazırki Baş naziri Nuri əl-Maliki prezidentin Heydər əl-Abadiyə hökumət qurmaq üçün verdiyi tapşırığı qanunsuz adlandırıb.

Axar.az xəbər verir ki, Maliki televiziya çıxışında bunun heç bir məna kəsb etmədiyini bildirərək prezidentin Konstitusiya qaydalarını pozduğunu deyib:

“Ordu və polisə yerlərində qalmağı və hər hansı göstəriş olmadan hərəkət etmələrini qadağan edirəm. Baş verən hadisələr keçicidir. Aradan qaldırılacaq. Xarici və daxili qüvvələr qanuni koalisiyon hökumətin işinə mane olmağa çalışır. Prezident konstitusiyanı pozaraq tanınmayan birinə hökumət qurmağı həvalə edir. Hökuməti yalnız Baş nazir qura bilər. Bu səlahiyyət də hələ ki mənim ixtiyarımdadır”.

Xatırladaq ki, Şiə Milli İttifaqının Parlament sədrinin müavini Abadini Baş nazir olmağa namizəd elan edildikdən sonra prezident Fuad Masum Abadiyə yeni hökumət qurmaq tapşırığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm