İran prezidenti: "Cəhənnəm olun"
Bizi izləyin

Dünya

İran prezidenti: "Cəhənnəm olun"

İran prezidenti Həsən Ruhani rəsmi Tehranın nüvə proqramına dair 5+1 ölkələri ilə aparılan danışıqlara qarşı çıxan tənqidçiləri “cəhənnəmə göndərib”.

ANS PRESS-in məlumatına görə, Ruhani İran səfirlərinin illik iclasında deyib ki, hökumətin nüvə siyasətini tənqid edənlər qorxaq siyasətçiləridir.

“Nə vaxt ki, danışıqlar olur, bir qrup siyasətçi deyir ki, biz titrəyirik. Cəhənnəm olun, özünüzə isti yer tapın. Biz nə edək?!” - deyə Ruhani qeyd edib.

Tənqidçilər bildirirlər ki, İran keçən il 5+1 ölkələri ilə əldə etdiyi müvəqqəti razılaşma əsasında olduqca az güzəşt müqabilində qərb ölkələrinə böyük güzəştlərə gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm