Jirinovski: "Dünyanın taleyi Putindən asılıdır"
Bizi izləyin

Dünya

Jirinovski: "Dünyanın taleyi Putindən asılıdır"

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti dəfə qalmaqallı bəyanatla çıxış edərək, dünyanın taleyinin Prezident Vladimir Putindən asılı olduğunu dilə gətirib.

Publika.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, o, bu barədə “Rossiya 24” kanalının canlı efirində aparıcının suallarını cavablandırarkən deyib.

Jirinovskinin sözlərinə görə, ölkəsinə qarşı Şərqi Avropadan tuşlanacaq raketlərdən müdafiə olunması üçün Rusiya çevik şəkildə Polşa və Baltikyanı ölkələri bombardman etməlidir. O əlavə edib ki, planetin gələcək taleyini bir nəfər müəyyənləşdirir – həmin şəxs də Rusiya prezidenti Vladimir Putindir:

“NATO, Brüssel və Barak Obamanın hansı planlar cızmasından asılı olmayaraq, bu direktivlər yalnız kağız üzərində qalacaq. Məsələyə bir şəxs – Rusiya dövlət başçısı qərar verəcək. Birinci Dünya müharibəsində hər şeyin II Nikolayın qərarından asılı olduğu kimi. Eyni paralelləri İkinci Dünya müharibəsində Stalinin verdiyi bütün doğru və düzgün qərarlarla aparmaq olar. Hazırda da oxşar vəziyyətdir və Üçüncü Dünya müharibəsi ilə əlaqədar qərar artıq verilib. Şərqi Avropadakı cırtdan ölkələrə səslənirəm və həmin dövlətlərə xəbərdarlıq edirəm ki, ərazilərindən NATO qoşunlarını çıxarsınlar. Həmin cinahdan atılacaq ixtiyari bir güllə, yaxud raket həmin ölkələrin anında məhvi ilə nəticələnəcək”.

Xatırladaq ki, hazırda Ukrayna ətrafında hadisələr pik həddə çatıb və bu ölkəyə Rusiyanın hücum ehtimalı daha da yüksək qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm