Dünya
Dərini Günəşin mənfi təsirlərindən qoruyan qidalar
Müasir dövrdə Günəşin zərərli şüasından qorunmağın müxtəlif yolları vardır. Təyin olunmuş vaxtlarda Günəşə çıxmaq, yüksək qoruma faktorlu kremlərdən və eynəklərdən istifadə əhəmiyyətlidir.
Bundan əlavə yay aylarında qida rasionuna ciddi fikir vermək də vacibdir. Məsələn, elə qidalar var ki, onlar Günəşin mənfi şüasından qorumaq qabiliyyətinə malikdir. Həmin qidalara omega 3, pomidor, tünd şokolad, yaşıl yarpaqlı tərəvəzlər, yaşıl çay və çiyələk aid edilir.
Omega-3 zəngin qida olmaqla bərabər hüceyrəyə dəyən zərərin qarşısını alan xüsusiyyəti var. Tərkibində likopen maddəsi və antioksidant olan pomidor UV şüaları səbəbindən dəridə meydana gələ biləcək ləkələri əngəlləyir.
Tünd şokoladının tərkibində olan falvonoidlər dərini qoruyucu xüsusiyyəti baxımından əhəmiyyətlidir. Dərialtı qan dövranını sürətləndirməyə, dərinin nəmli qalmasını təmin edir. Tərkibindəki kakao nisbəti yüksək olduğundan faydalı qida hesab olunur.
Yaşıl yarpaqlı tərəvəzlərdən cəfəri, nanə, reyhan, şüyüd, ispanaq da xeyirlidir. Xüsusən yaşıl yarpaqlı bitkilərin tərkibindəki dərini Günəşdən qoruyan polifenol adlı birləşmələr insanı Günəşin zərərli təsirinə qarşı qoruyur.
Yaşıl çay tərkibindəki kateşin ultrabənövşəyi şüaların dəriyə yönəltdiyi mənfi təsirləri azaldır. Çiyələk tərkibində olan C vitamini baxımından dəri sağlamlığı üçün əhəmiyyətli meyvə hesab olunur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR