Hüsnü Mübarək üçün son məhkəmə iclasının vaxtı açıqlandı
Bizi izləyin

Dünya

Hüsnü Mübarək üçün son məhkəmə iclasının vaxtı açıqlandı

Misirin keçmiş prezidenti Hüsnü Mübarək barəsində məhkəmə hökmü 27 sentyabrda elan ediləcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə İTAR-TASS xəbər agentliyi Misir mediasına istinadən bildirib.


Qeyd edək ki, H.Mübarək 2011-ci ildə keçirilən etiraz aksiyalarında müxalifətçilərin qətlində iştirakda ittiham edilir. Onun özü isə bu ittihamı rədd edir.


Keçmiş prezident Məhəmməd Mursi dövründə cinayət məsuliyyətinə cəlb olunan Mübarək 2 iyun 2012-ci ildə ömürlük həbsə məhkum edilib. May ayında isə Misir məhkəməsi onu korrupsiyada ittiham edərək 3 il azadlıqdan məhrum edib. O, hazırda ev dustağıdır.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm