• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Türkiyə nə qədər günahkardır? - ABŞ-ın İŞİD gizlinləri

  • Dünya
  • 14 Avqust 2014 13:00
  • 1 416 Baxış
Türkiyə  nə qədər günahkardır? - ABŞ-ın İŞİD gizlinləri

ABŞ-ın “Vaşinqton Post” qəzetində Antoni Faiola və Souad Mekhennet tərəfindən qələmə alınan bir məqalədə Türkiyənin İŞİD-ə qarşı mövqeyi ilə bağlı şok iddialar yer alıb. Məqalədə iki jurnalistin Reyhanlıda görüşdüyü iddia etdiyi “İraq və Şam İslam Dövləti” (İŞİD) komandirinin “artıq Türkiyəyə girmək o qədər də asan deyil. Amma gördüyünüz kimi hələ bunun üsulları var” sözləri diqqət çəkir.

İki amerikalı jurnalist qeyd edir ki, Orta Şərqin ən qorxunc terror təşkilatına çevrilmədən əvvəl İŞİD silahlıları Reyhanlıya “alış-veriş mərkəzi” kimi baxırdılar.

“Vaşinqton Post”dakı yazıda zaman keçdikcə İŞİD-in yüksəlməsi ilə Türkiyənin narahatlıq keçirdiyi, xarici döyüşçülər və silahların Suriyaya keçməsinin qarşısını almaq üçün tədbirlər gördüyü ifadə edilir. Ancaq bildirilir ki, İŞİD Türkiyəyə sızmaq üçün bundan sonra yeni üsullar kəşf edib. Yazıda “Reyhanlı küçələrində gəzən bir ağ avtomobilin arxa oturacağında müsahibə verən 27 yaşındakı İŞİD komandiri” kimi təqdim edilən Abu Yusaf adlı şəxsin bu sözlərinə yer verilib: "Artıq Türkiyəyə girmək o qədər də asan deyil. Amma gördüyünüz kimi hələ bunun üsulları var. Ölkələrə inanmırıq, məqsədimiz bütün sərhədləri yox etməkdir. Biz ABŞ-dan qorxmuruq, yalnız Allahdan qorxuruq. Bizimlə döyüşən hər kəslə döyüşərik”.

Yusaf hesab edir ki, İŞİD bugünkü müvəffəqiyyəti üçün türklərə də qismən təşəkkür etməlidir. “İŞİD-in bəzi üzvləri Türkiyədə müalicə edildi. Müharibənin əvvəlində aramıza qatılanların böyük əksəriyyəti Türkiyə üzərindən gəldi”, - İŞİD komandiri deyib.

Reyhanlı mahalnın rəhbəri isə Türkiyənin Əsədə qarşı olan hər kəsi qəbul etdiyini, indi isə həmin insanların ölüm saçdığını bildirib.

Yazıda bildirilir ki, xarici döyüşçülərin çoxu ABŞ və Avropa Birliyi pasportları daşıyırdı. Adını açıqlamayan bir türk səlahiyyətlisi Qərb müttəfiqlərin “pis insanlar”ın sərhədi keçməsinə maneə olmaq üçün Türkiyə ilə kifayət qədər əməkdaşlıq etmədiyini və kəşfiyyat məlumatlarını məhdud şəkildə paylaşdığını ifadə edir. Ancaq o, İŞİD-in iyun ayında Mosulu ələ keçirdikdən sonra bu siyasətin dəyişdiyini, ABŞ və Avropanın daha çox kəşfiyyat məlumatı paylaşdığını bildirir.

Türkiyənin terror təşkilatlarına dəstək verdiyini göstərən bu cür informasiyalar birinci dəfə deyil ki, Qərb mediasında verilir. Artıq neçə müddətdir ki, Türkiyənin terror təşkilatlarla əlaqəsinin olduğunu sübut etmək üçün Qərb mediası ciddi şəkildə çalışır.

Ancaq əslində vəziyyət tamamilə bu cür deyil. İlk olaraq bir neçə gün bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun verdiyi bəyanatı xatırladaq. O, İŞİD-in bugünkü gücünə çatmasında Barak Obama rəhbərliyinin böyük rolunun olduğunu bildirmişdi. Qeyd edək ki, son vaxtlar İŞİD-in məhz ABŞ-ın “məhsulu” olduğu ilə bağlı iddialar artmağa başlayıb. İŞİD ABŞ-ın Yaxın Şərq siyasətinin həyata keçirilməsi üçün istifadə etdiyi alətlərdən biri hesab olunur.

"İraq və Şam İslam Dövləti" (İŞİD) adlanan terror təşkilatı bütün Yaxın Şərqi qorxu altında saxlamaqda davam edir. Yaxın Şərqdə geosiyasi proseslərin yeni mərhələyə qədəm qoyduğuna ekspertlər şübhə etmirlər. Konkret olaraq söhbət Yaxın Şərqdə bir neçə ölkənin parçalanması və əvəzində amerikan ssenarisi üzrə yeni qondarma dövlətlərin yaranmasından gedir. Əslində, bu proses keçən əsrin ikinci yarısından başlayaraq Vaşinqtonun Yaxın Şərq siyasətinin bir fraqmenti kimi start götürüb. İraqın işğalından sonra bu plan müəyyən transformasiyalara məruz qaldı. Dəqiq deyilsə, ABŞ bir qədər geri çəkildi. Lakin Misir və Suriya hadisələrinin yaratdığı geosiyasi mənzərə bu ideyanı Vaşinqton üçün yenidən aktuallaşdırıb. Yaxın Şərqin xüsusi ssenari üzrə parçalanması planının məzhəb savaşını qızışdırmaqla reallaşdırılmasından ibarətdir. ABŞ öz geosiyasi marağını təmin etmək üçün yeni böyük oyun qurub. Buraya Misir, Suriya, İraq, İran və Türkiyə də daxil edilib. Son məqsəd Amerika tərəfindən idarə edilən "Böyük Kürdüstan" yaratmaq, paralel olaraq isə şiə və sünnilər arasında nifaqı gücləndirib, müsəlman dövlətləri arasında uzunmüddətli savaşa təkan verməkdir.

Yuxarıda da qeyd etdik ki, İŞİD döyüşçülərinin bir çoxu ABŞ pasportuna sahibdir. Bütün bunlara analitiklər adi informasiya kimi yanaşmırlar. Məsələn, türkiyəli təhlilçi Mehmet Seyfəddin Erol bunu ABŞ-ın ""Yeni Orta Şərqə" dönüşü" kimi dəyərləndirir. Bu zaman müəllif Vaşinqtonun çox təhlükəli planlar həyata keçirmək istədiyini xüsusi vurğulayır. Onun qənaətinə görə, ABŞ Yaxın Şərqin xəritəsini yenidən çəkmək niyyətindədir. İŞİD amili də məhz bu kontekstdə meydana çıxıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR