Ukrayna ordusu 4 əsgər itirdi: 11 yaralı - Foto
Bizi izləyin

Dünya

Ukrayna ordusu 4 əsgər itirdi: 11 yaralı - Foto

Rusiya Prezidenti Vladimir Putinin Krıma səfəri çərçivəsində Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.

Axar.az xəbər verir ki, Ukrayna ordusunun gecə saatlarında Donetsk bölgəsi istiqamətində başladığı hərbi əməliyyatlar nəticəsində 4 nəfər həlak olub, 11 nəfər isə yaralanıb. Yerli sakinlərin verdiyi xəbərə görə, son 3 gündə hərbi əməliyyatlarda 15 Ukrayna hərbçisi həlak olub.

Hərbi əməliyyatların şiddətləndiyi bir vaxtda bölgədən mülki insanların çıxarıldığı da bildirilir. Ukrayna rəsmilərinin verdiyi məlumata görə, ötən 14 gün ərzində 7 min ukraynalı bölgədən çıxıb. Bu arada Ukrayna parlamenti Rusiyaya qarşı sanksiyalara start verib. Sanksiyalar çərçivəsində Rusiyanın 172 rəsmi şəxsi və 65 təşkilatı qara siyahıya salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm