Luqansk və Donetskə hücum başladı
Bizi izləyin

Dünya

Luqansk və Donetskə hücum başladı

Ukrayna antiterror gücləri Luqansk və Donetsk şəhərlərinin separatçılardan azad edilməsinə başlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, separatçıların Luqansk yaxınlığındakı mövqeləri məhv edilib.

“Antiterror əməliytatları başa çatmaq üzrədir. Donetsk və Luqansk şəhərlərinin azad olunması üçün hazırlıq işləri tamamlanıb. Plan artıq hazırdır, yaxın günlərdə onun müsbət nəticələri barədə Ukrayna xalqını məlumatlandıracağıq”, - A.Lısenko qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm