Rusiya Ukraynaya qoşun yeritdi
Bizi izləyin

Dünya

Rusiya Ukraynaya qoşun yeritdi

Rusiyanın Rostov ərazisinin sərhəd rayonlarında 2 min Rusiya könüllüsü cəmləşib. Həmçinin Rusiyanın 20 ağır hərbi texnikası Ukraynanın Severnıy qəsəbəsi istiqamətindən Luqansk vilayətinə daxil olub.

ANS PRESS-in məlumatına görə, bu haqda "Vətəndaş təşəbbüsü" İctimai Birliyinin rəhbəri Dmitri Sneqiryov bildirib. Onun sözlərinə görə, bu informasiyanı ona hadisənin şahidi olmuş yerli sakinlər və ictimai təşkilatın üzvləri veriblər.

“İndi Rusiya Federasiyasının 20 ədəd ağır hərbi texnikası Rusiya sərhədində yerləşən Severnıy qəsəbəsi istiqamətindən Luqansk vilayətinə daxil olub. Karvanın əksəriyyəti “Qrad” reaktiv yaylım atəş sistemi olan 20-dək ağır texnikadan ibarətdir və Suxodolskdan Ukrayna ordusunun nəzarəti altında olan Novosvetlovka istiqamətində hərəkət edir”, - deyə Snegiryov bildirib.

O həmçinin bildirib ki, sərhəd rayonlarında, Rusiyanın Rostov ərazisində indi 2 min Rusiya könüllüsü cəmləşib, hansılar ki, bu gecə sərhədi keçməyə hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm