AKP-nin zərfindən yeni baş nazirin adı çıxdı
Bizi izləyin

Dünya

AKP-nin zərfindən yeni baş nazirin adı çıxdı

Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri və baş nazirin kim olacağı məsələsi ətrafında müzakirələr başladı. Bu məsələdə önə çıxan ad isə hazırkı xarici işlər naziri Əhməd Davudoğludur.

Publika.az-ın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, AKP-lilərin seçimlərində Ə.Davudoğlunun adı daha önə çıxır.

AKP-nin ətrafındakı təşkilatların Ə.Davudoğlunun baş nazirliyini dəstəklədiyi, ciddi bir etirazlarının olmadığı bildirilir.

Son vida toplantısını millət vəkilləri ilə edən Ərdoğan qısa bir nitqindən sonra onlara “kimi baş nazir və partiya sədri görmək istəyərsiniz” sualı ünvanlamışdı. Fikirlərini zərflə bildirən millət vəkillərinin böyük əksəriyyətinin seçimi Ə.Davudoğlu olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm