“Neftin qiyməti aşağı düşən kimi Rusiya çökəcək”
Bizi izləyin

Dünya

“Neftin qiyməti aşağı düşən kimi Rusiya çökəcək”

“Sanksiyaların təsiri heç də qısa müddətdə öz təsirini göstərmir”.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Samir Əliyev Rusiyaya tətbiq edilən sanksiyaların onun iqtisadiyyatına təsirini şərh edərkən söyləyib. O, Rusiya iqtisadiyyatının bu sanksiyalardan sonra çökəcəyini bildirib:

“Rusiyaya tətbiq edilən sanksiyalar artıq öz nəticələrini göstərir. Sanksiyalar qısa müddətdə öz təsirini göstərmir, yalnız müəyyən zamandan sonra ciddi fəsadlar özünü göstərəcək. Artıq Rusiyada bunun elementləri görünür. Birinci element ondan ibarətdir ki, Rusiyanın valyutası əhəmiyyətli dərəcədə öz dəyərini itirməkdədir. 2014-cü ildə rus rublu 10%-dən çox ucuzlaşıb. Digər bir məsələ Rusiyada kreditlərin bahalaşmasıdır. Ölkənin 5 ən böyük bankına tətbiq edilən sanksiya onların xaricdə borc imkanlarını məhdudlaşdırır. Bu da bankların verdiyi kreditləri bahalaşdırır. Sözsüz, bu məsələ iqtisadiyyatda öz neqativ təsirini göstərir. Həmçinin, Rusiyanın ərzaq məhsullarına tətbiq etdiyi sanksiya ərzaq bazarında qiymət artımına gətirib çıxaracaq.

Bir sözlə, bütün bunlar Rusiya iqtisadiyyatına öz mənfi təsirini göstərir.

Bilirik ki, Rusiya neftdən asılı olan ölkədir. Əgər dünya bazarında neftin qiyməti 100 dollardan aşağı düşərsə, bu halda Rusiya iqtisadiyyatı, sözün əsl mənasında, çökməyə doğru gedəcək. Rusiyayla Avropa arasında gedən sanksiya müharibəsində Avropanın da zərəri var. Amma yenə də ən çox təsir Rusiyada müşahidə olunacaq. Avropa sanksiyaların nəticələrini digər ölkələrlə kompensasiya edə bilir. Amma Rusiyanın bu işdə çox çətinliyi var. Bu baxımdan Rusiya iqtisadiyyatının builki göstəricilərində biz geriləməni açıq müşahidə edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm